"Xəzər"in bu verilişi bağlandı

Aparıcılığını Tural Əsədovun etdiyi "Sükut oyunu" verilişi başa çatıb.

Metbuat.az xəbər verir ki, bu haqda Tural özü məlumat yayıb. O bildirib ki, proqramın sonuncu bölümü yayımlanıb.

"Çox maraqlı bir təcrübə idi. Həm yerli telesahədə, həm də mənim telehəyatımda. Murad Dadaşova həmişəki düzgün istiqamətə və mənə olan etimada görə təşəkkür edirəm. "Sükut oyunu" bununla da bitdi. "Xəzər TV" ilə isə davam edirik", - deyə, Tural bildirib.

Qeyd edək ki, "Sükut oyunu" "Squid Game" serialı əsasında hazırlanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR