F-35 təyyarələrinin 1 milyon ehtiyat hissəsi yoxa çıxdı

ABŞ-ın “F-35 Lightning” döyüş təyyarəsinin təxminən 1 milyon ehtiyat hissəsi yoxa çıxıb.

Metbuat.az xəbər verir ki, bu barədə rəsmi mənbələr açıqlama verib. Hesabatda deyilir ki, ABŞ-ın Müdafiə Nazirliyi bu hissələrin yoxa çıxmasına dair heç bir sübut təqdim etməyib. Parçaların dəyəri təxminən 85 milyon dollardır. Məlumata görə, ehtiyat hissələri, müdafiə podratçısı “Lockheed Martin” tərəfindən istehsal olunub.

Qeyd edək ki, ehtiyat hissələri ABŞ ordusunda və F-35 təyyarələrinin tədarük edildiyi müttəfiq dövlətlərdə saxlanılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı