Virusa yoluxanların sayı AÇIQLANDI

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Metbuat.az-a verilən məlumata görə, son sutkada infeksiyaya 9 yeni yoluxma faktı qeydə alınıb.

COVID-19-a yoluxan 11 nəfər sağalıb, xəstəlikdən vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 831 789 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 431 nəfər müalicə olunaraq sağalıb, hazırda 85 aktiv xəstə var. Bu günə qədər 10 273 nəfər vəfat edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR