Fransa Prezidenti Emmanuel Makron Rəcəb Tayyib Ərdoğanı yenidən prezident seçilməsi münasibətilə təbrik edib.
Metbuat.az xəbər verir ki, Emmanuel Makron tvitterdə türkcə təbrik yazıb.
"Fransa və Türkiyənin birlikdə aşacaqları böyük sınaqlar var. Yenidən seçilməsi münasibətilə təbriklərimi çatdırdığım Prezident Ərdoğanla birlikdə irəliləməyə davam edəcəyik", - Makron yazıb.