Bürclərə hansı peşələr uyğundur? - SİYAHI

Uşaqlığımızdan bəri yaxın ətrafımız, ailəmiz və dostrlarımız seçimlərimizdə müəyyənedici amil olub. Ona görə də danılmaz faktdır ki, verdiyimiz hər qərar, atdığımız hər addım istər-istəməz bizi bir peşəyə aparır. Astroloqların fikrincə bu amillər arasında bürclərin də həyatımızı formalaşdıra biləcək xüsusi rolu var.

Metbuat.az Baku.ws-ə istinadən hansı bürcə hansı peşələrin daha uyğun olduğunu sizlərə təqdim edir:

Oğlaq

Oğlaqları iş həyatlarında adətən idaredici vəzifəsində görmək olur. Onlar həmçinin texnologiya və riyaziyyata olan qabiliyyətləri ilə tanınırlar. Qaydalara əməl etməyi və proqramlara sadiq qalmağı sevən Oğlaqlara tövsiyə edilən peşə və sektorlar:

Təşkilatçı, siyasətçi, redaktor, bank və sığorta sahəsi, mədənçi, daşınmaz əmlak sektoru

Dolça

Dolça bürcləri çox sosialdır. Onlar komanda ilə işləmək xüsusiyyətləri sayəsində iş həyatında çox uğurludurlar. Arxeologiya, sosiologiya kimi elmi sahələrdə uğur yaxşı olduqlarıı kimi aktyorluq və rəqs kimi sahələrdə də xoşbəxt ola bilərlər.

Dizayner, pilot, alim, filosof, musiqiçi, yazıçı, həkim, karikaturaçı

Balıqlar

Balıqlar sənətkar ruhlu insanlardır və ofis işləri üçün uyğun deyillər. Yüksək təxəyyül və emosional quruluşa malik olduqları üçün, bu keyfiyyətləri bəsləyəcək işlər gördükləri zaman uğurları qaçılmaz olur.

Dalğıc, rəssam, memar, psixoloq, sosial işçi, fizioterapevt, baytar, atlet

Qoç

Qoçların yüksək enerjisi, görmək istədikləri işdən yapışmaqda onlara çox dəstək olurq. Maneələr və təzyiqlər onları qorxutmur.

Kimyaçı, mühəndis, hərbi xidmət, biznesin idarə edilməsi, əyləncə sahəsi, tənqidçi, polislik, xilasedici

Buğa

Buğa, iş həyatında rahat, sənət yönü ilə isə çox güclü olan bürclərdən biridir. Onlar öz məqsədlərinə çatmaq üçün o qədər çalışırlar ki, iş yoldaşları öz fəaliyyətlərinə görə pis hiss edə bilərlər. Veneranın hakimiyyəti altında olduqları üçün gözəllik və harmoniya ilə bağlı olan, lakin çox enerji sərf etməyən işlərdə daha üstündürlər.

Rəssamlıq, tibb sahəsi, dekorasiya və dizayn, vəkillik, ictimaiyyətlə əlaqələr, memarlıq, mühasib, gülçülük, idarəedici

Əkizlər

Əkizlər sürətli işləyən aktiv zəkaya sahib olduqları üçün ətrafdakı insanların yavaş iş tempini anlaya bilmirlər. Əkizlər bürcü hər bir müdirin işləmək istədiyi bürclər arasında liderlik edir.

Diplomat, ədəbiyyatçı, birja broker, hüquqşünas, kommutator operatoru, müəllim, məsləhətçi, jurnalist

Xərçəng

Adətən emosional daxili aləmə sahib olan xərçənglər çalışqan bürc olduqları üçün adətən karyeralarında uğur qazanırlar. Yaxşı bir təhsil həyatı keçən xərçənglər, iş həyatında bir az uzun çəksə də yüksək vəzifələrə gəlirlər.

Turizm, incəsənət, tibb bacısı, tədris, bağçılıq, uşaq baxımı, aptekçi

Şir

Şirlərin hər şeydə aydın üslubu var. Təqdir etdikləri mövzunu hərəkətləri ilə göstərirlər. Başladıqları bir işdə son dərəcə israrlıdırlar.

Dövlət işində məmur, seo, dəb dizayneri, tur bələdçisi, satış mütəxəssisi, icraçı, fotoqraf

Qız

Qız bürcü çox mükəmməllikçi, analitik, çalışqan və riyazi cəhətdən ağıllı zodyak ünsürüdür.

Müəllim, yazar, katiblik, nəşriyyat, arxivist, mühasib, jurnalistika, kitabxanaçı

Tərəzi

Tərəzinin işi çox çətin olmamalıdır. Heç kim nəyin hara uyğun olduğunu onlardan yaxşı bilmir.

Aparıcı, satıcı, nəzarətçi, siyasətçi, hüquq, ictimaiyyətlə əlaqələr, estetika

Əqrəb

Əqrəblər yüksək planlaşdırma bacarığına və güclü xarakterə malikdirlər. Onlarda "şeytan tükü" olduğunu da deyə bilərik.

Detektiv, icraçı, rəssam, təlimçi, reklamçı, tədqiqatçı, satış və marketinq, alim

Oxatan

Oxatanların strukturlarında məhsuldarlıq, elmilik var. Oxatan Yupiter tərəfindən idarə olunduğu üçün səyahət etmək, gəzmək, təmiz havada olmaq və fəlsəfi düşünməkdə mahirdir.

Siyasət, ruhani məsləhətçi, menecer, filosof, ictimaiyyətlə əlaqələr, stüardessa, köməkçilik


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR