Kanadanın Yeni Şotlandiya əyalətinin Halifax şəhərində meşə yanğını ilə əlaqədar bir həftəlik fövqəladə vəziyyət elan edilib.
Metbuat.az xəbər verir ki, yanğınlarla bağlı minlərlə insan evlərindən təxliyə edilib. Məlumata görə, alov yaşayış məntəqələrinə çatıb. Şəhərin üzəri tamamilə tüstüyə bürünüb. Halifax Bələdiyyəsi sakinləri hava şəraiti yaxşılaşana qədər pəncərə və qapıları bağlamağa və evdə qalmağa çağırıb. Bildirilib ki, təcili tibbi yardım qrupları və yanğınsöndürənlər fasiləsiz olaraq insanları təxliyə etmək və yanğını söndürmək üçün çalışırlar.
Qeyd edək ki, Kanadanın qərbindəki Alberta əyalətində də meşə yanğınları səbəbindən fövqəladə vəziyyət elan edilib və minlərlə hektar ərazi külə dönüb.