Hücum Moskvanın uğurlu həmləsinə cavabdır - Peskov

Kremlə PUA-larla hücum Ukraynadakı qərar qəbuletmə mərkəzlərindən birinə həyata keçirdiyimiz uğurlu hücuma cavab olaraq Kiyev rejimi tərəfindən həyata keçirilib”.

Metbuat.az xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov açıqlama verib. O bildirib ki, hücumla bağlı Rusiya prezidenti Vladimir Putinə məlumat verilib.

"Putinin işi bu gün kifayət qədər tez başlayıb. O, Rusiya Müdafiə Nazirliyi və əlaqədar qurumlardan, Moskva və bölgənin bələdiyyə sədrlərindən, Rusiya Fövqəladə Hallar Nazirliyindən birbaşa məlumat alıb" – Peskov deyib. Peskov bildirib ki, belə hücumlar Rusiyanın Ukraynada həyata keçirdiyi “xüsusi hərbi əməliyyata” haqq qazandırır.

Qeyd edək ki, Moskvaya PUA-larla hücumlar təşkil edilib. Ukraynanın Prezident Aparatının müşaviri Mixail Podolyak bəyan edib ki, Ukraynanın Moskvaya hücumla əlaqəsi yoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı