Kənan MM nazirliyə müraciət etdi - "Böyrəyimi satıram"

Kinorejissor, aktyor Kənan Mahmudov (MM) Mədəniyyət Nazirliyinə müraciət edib.

Metbuat.az xəbər verir ki, o, feysbuk hesabında nazirliyə müraciətində qeyd edib:

"Hörmətli, mədəniyyət naziri, böyrəyimi satıram. Film çəkəcəm. Qarabağın azadlığı haqqında. Sizdən pul istəmirəm. Sadəcə orda birdən tanıdıqlarınızdan kiməsə böyrək lazım olar. Bu arada içmirəm, çəkmirəm, mal təmiz maldır”,- deyə o bildirib.

Aktyorun bu paylaşımı sosial şəbəkə istifadəçiləri tərəfindən də maraqla qarşılanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı