Göyçayda güclü qasırğa: İki nəfər öldü, yaralananlar var - FOTO

Göyçayda güclü külək və qasırğa ölümə səbəb olub.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, rayonun Mırtı, Qarabaqqal kəndlərində külək nəticəsində yaralananlar olub, iki nəfər isə bədbəxt hadisə nəticəsində həyatını itirib.

Həyatını itirən şəxslərdən biri maşında olan zaman üzərinə ağac aşıb, digəri isə uçmuş evin altında qalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR