Vəzifəyə gəlmək üçün sərgilədiyi davranış gündəm oldu - FOTO

Türkiyə Prezidenti Rəcəb Ərdoğanla foto çəkdirmək üçün səy göstərən keçmiş futbolçu Rıdvan Dilmənin davranışları gündəm olmuşdu.

Metbuat.az xəbər verir ki, Türkiyə mediası Rıdvan Dilmənin Ərdoğanla foto çəkdirmək üçün niyə belə çox səy göstərməsi barədə maraqlı iddia ortaya atıb. Bildirilir ki, Türkiyə Futbol Federasiyası prezident seçmək üçün seçkilərə hazırlaşır. Rıdvan Dilmən də bu posta gəlmək üçün çalışır. Məlumata görə, bunun üçün keçmiş futbolçu yuxarı dairələrdən dəstək almağa çalışır.

Qeyd edək ki, Ərdoğan prezident seçiləndən sonra Ankaraya təyyarə ilə gələrkən dəstəkçiləri tərəfindən qarşılanıb.

Onu qarşılayanlar arasında Rıdvan Dilmənlə yanaşı keçmiş futbolçu Məsud Özil də olub. Məsud Özilin Ərdoğanla rahat foto çəkdirdiyi, Rıdvan Dilmənin isə foto çəkdirmək üçün səy göstərdiyi müşahidə edilmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR