Şampuna bir qaşıq şəkər əlavə edin - Möcüzənin şahidi olun

Saçların sağlam və baxımlı olması üçün bir sıra müxtəlif məhsullardan istifadə olunur. Ancaq tərkibində zərərli kimyəvi maddələr olan bəzi məhsulların saçlar üçün faydalı olduğunu düşünsək də, bu məhsullar saç quruluşunun pozulmasına səbəb ola bilər. Evdə təbii vasitələrdən istifadə edərək, saça qulluq üçün daha təsirli nəticələr əldə etmək olar. Şampuna bir qaşıq şəkərin saça qulluq üçün necə faydalı olduğu barədə eşitmisiz?

Saçların yuyulması qaydasının müəyyən edilməsi saç sağlamlığı üçün böyük əhəmiyyət kəsb edir. Tətbiq etdiyiniz üsulda mümkün olduqca zərərli kimyəvi maddələr olmamalıdır. Zərərli kimyəvi maddələr saçın qurumasına və zəifləməsinə səbəb olur. Təbii şampununuza əlavə edəcəyiniz bir qaşıq şəkər saçda olan bir sıra problemləri aradan qaldıracaq.

Şəkərin bədən sağlamlığına mənfi təsirlərindən tez-tez bəhs edilsə də, saç üçün faydaları təəccübləndirir. Britaniyalı elm adamların araşdırmasına görə, şampuna bir qaşıq şəkər əlavə etmək saçları daha canlı, təmiz və sağlam edir.

Dermatoloqların məsləhətinə görə, şampuna bir qaşıq şəkər əlavə edin və saç dərinizə masaj edin. Bu üsul saç dərisindəki yapışqan maddəni və ölü dərini təmizləyərək saça qulluq üçün istifadə edilən kremlərin saça təsirli şəkildə nüfuz etməsinə şərait yaradır.

Necə tətbiq olunur?

Əvvəlcə nəmləndirici şampununuza bir qaşıq şəkər əlavə edin və onunla saçınızı yuyun. Şampunu baş dərinizə yumşaq hərəkətlərlə masaj edərək çəkin və bir neçə dəqiqə gözləyin. Sonra saçınızı yuyun.

Şəkər şampunla birlikdə saçlarınızı daha parlaq, canlı, təmiz və nəmli edəcək, eyni zamanda baş dərisini aşındıracaq və yağlanmanın qarşısını alacaq.

Burada qeyd edilməli olan məqam odur ki, bu tətbiqi hər yumada deyil, dörd yumadan bir etməlisiniz.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı