MEDİA çap və onlayn media subyektlərinə dəstək layihəsi elan edib

Medianın İnkişafı Agentliyi (MEDİA) çap və onlayn media subyektlərinə dəstək layihəsi elan edib.

Bu barədə Metbuat.az-a MEDİA-dan məlumat verilib.

Bildirilib ki, müsabiqələrdən biri ictimai-siyasi qəzetlər arasında keçirilir.

Müsabiqənin əsas şərtləri:

– Müsabiqə elan olunan günədək son 1 il ərzində müntəzəm nəşr olunmalı, dövriliyi həftədə bir dəfədən, birdəfəlik tirajı 1500 nüsxədən və yayımı (abunə və satışı) 1000 nüsxədən az olmamalıdır;

– redaksiyanın yaradıcı heyəti ən azı beş nəfərdən ibarət olmalıdır.

– Qəzetin müsabiqə elan olunan günədək son 3 aylıq dövr ərzində hər ay üzrə 2 nömrə olmaqla, ümumilikdə 6 nömrəsi müsabiqəyə təqdim edilməlidir.

Tələb edilən digər sənədlər barədə ətraflı məlumatı Agentliyin rəsmi internet saytından əldə edə bilərsiniz.

Müsabiqəyə müraciət tələb olunan sənədlərin “Medianın inkişafına dəstək layihələri üzrə elektron informasiya bankı”na daxil edilməsi yolu ilə edilir.

Qiymətləndirmə:

Qəzet nömrələrinin qiymətləndirilməsi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən cəlb edilmiş 3 müstəqil ekspert tərəfindən həyata keçirilir.

Maliyyə yardımının göstərilməsi:

Qalib elan olunan qəzetlərə və onların eyniadlı veb-saytlarına ayrı-ayrılıqda maliyyə yardımı göstərilir.

– Həftədə bir nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə aylıq 5 min manat, həftədə beş nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə isə aylıq 15 min manat məbləğində maliyyə yardımı göstərilir;

– Müsabiqədə qalib elan olunan hər bir qəzet redaksiyasının eyniadlı veb-saytına aylıq 3 min manat məbləğində maliyyə yardımı göstərilir.

Maliyyə yardımından istifadə:

Maliyyə yardımı göstərilən dövr ərzində qəzetin eyniadlı veb-saytının işçilərinin hər birinin əməkhaqqının minimum məbləği 600 manat təşkil etməli, maliyyə yardımının digər hissəsi isə vebsaytın infrastrukturunun gücləndirilməsi, dil imkanlarının genişləndirilməsi, təhlükəsizliyinin təmin edilməsi və rəqəmsal keyfiyyətinin artırılmasına yönəldilməlidir.

Bonuslar:

Maliyyə yardımı göstərilən ay üzrə qəzetin yalnız fiziki şəxslərdən ibarət hər əlavə 500 və 1000 abunəsi üçün müvafiq məbləğdə aylıq bonusun verilməsi nəzərdə tutulur. Bu halda həmin abunə müqavilələrinin surətləri Agentliyə təqdim edilir.

Digər müsabiqəyə isə ictimai-siyasi və idman məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləri (veb-saytlar) müraciət edə bilərlər.

Müsabiqədə iştirak üçün:

– veb-saytın google analytics hesabına yazılı giriş icazəsi təqdim edilməli;

– “metrix” veb-təhlil alətinin skripti veb-saytın mənbə kodunda yerləşdirmiş olmalıdır.

Müsabiqəyə müraciət tələb olunan sənədlərin “Medianın inkişafına dəstək layihələri üzrə elektron informasiya bankı”na daxil edilməsi yolu ilə edilir.

Qiymətləndirmə əsas ümumi domen üzərindən və onlayn media subyektinin (veb-saytın).

Müsabiqəyə müraciət etdiyi günədək son 3 aylıq dövr ərzində hər ay üzrə ən yuxarı göstəricili 2 məqaləsi, həmçinin veb-saytın dizaynı üzrə aparılır.

Ən yuxarı göstəricili 2 məqalənin, həmçinin veb-saytın dizaynının qiymətləndirilməsi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən cəlb edilmiş 3 müstəqil ekspert tərəfindən həyata keçirilir.

Maliyyə yardımının göstərilməsi:

– Agentlik tərəfindən maliyyələşdirilən onlayn media subyektlərinin (veb-saytların) hər birinə aylıq üç min manat məbləğində maliyyə yardımı göstərilir;

Maliyyə yardımından istifadə:

– Maliyyə yardımı göstərilən dövr ərzində onlayn media subyektinin (veb-saytın) müvafiq sayda işçilərinin hər birinin əməkhaqqının minimum məbləği 600 manat təşkil etməli, maliyyə yardımının digər hissəsi isə veb-saytın infrastrukturunun gücləndirilməsi, dil imkanlarının genişləndirilməsi, təhlükəsizliyinin təmin edilməsi və rəqəmsal keyfiyyətinin artırılmasına yönəldilməlidir;


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı