Kosovada gərginlik artır: Avropada yenidən müharibə olacaq?

Aprel ayında Kosovada keçirilən seçkilərdən sonra serblər ilə təhlükəsizlik qüvvələri arasında qarşıdurmalar davam edir.

Metbuat.az xəbər verir ki, dünyada 100-dən çox ölkə Kosovanı müstəqil dövlət kimi tanısa da, Serbiya ölkənin müstəqilliyini rədd edir. Kosovanın əhalisinin əksəriyyəti albanlardan ibarətdir, amma ölkədəki serblər özlərini Serbiyanın bir hissəsi kimi görürlər.
Ölkənin şimalında keçirilən seçkilərdən sonra alban namizədlərin səs çoxluğu ilə qalib gəlməsi nəticəsində serblər Zvekan bələdiyyə binasına hücuma keçdilər. Nəticədə, Kosova polisi, NATO-nun rəhbərlik etdiyi sülhməramlılar və serb qrupları arasında toqquşma baş verdi, hər iki tərəfdən onlarla insan yaralandı. Baş verən hadisələrdən sonra NATO bölgəyə daha çox qüvvə göndərmək qərarına gəlsə də, Serbiya hadisələrə dözə bilməyəcəyini açıqlayıb və Kosova sərhədinə əsgər yığmağa başlayıb.

Beynəlxalq əlaqələr üzrə mütəxəssis Kamer Kasım hesab edir ki, Serbiya hələ də Kosovanı öz ərazisi kimi gördüyü üçün Kosova rəhbərliyi ilə siyasi mübarizə aparırlar.

Kamer Kasım

"Kosova 2008-ci ilin fevralında müstəqilliyini elan etdi. Türkiyə başda olmaqla, bir çox ölkə bu müstəqilliyi tanıdı. Ümumiyyətlə, Serbiya-AB əlaqələrinin əhəmiyyətli olduğunu düşünürəm. Kosovodakı gərginlik bir müddət sonra sakitləşəcəkdir. Ancaq gələcəkdə belə gərginliklərdən qaçmaq və azaltmaq Serbiyanın mövqeyindən, Aİ-yə inteqrasiyasından asılıdır. Çünki Kosovada başlayan hadisələrdə Avropa Birliyinin təşəbbüsü çox önəmlidir".

Politoloq Zeynep Arıöz isə bildirib ki, Ukraynada müharibə davam edərkən həm ABŞ, həm də AB-nin Avropada yeni bir münaqişə riskinə girməsi ehtimal edilmir.


Zeynep Arıöz

"Bu kontekstdə Qərb dövlətləri Kosovo-Serbiya münaqişəsinin danışıqlar yolu ilə həlli istiqamətində səylərini sürətləndiriblər. Bununla belə, Rusiya XİN rəhbərinin regiondakı vəziyyətlə bağlı həddən artıq xəbərdarlıqları tərəflərin bölgədəki status-kvonun qorunub saxlanması ilə bağlı ortaq fikrə malik olmadığını göstərir" deyə Arıöz bildirib.

Ekspert qeyd edib ki, NATO-nun bölgəyə növbəti dəfə 700 əsgər göndərməsi regionda gərginliyin artması ehtimalından xəbər verir.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı