Xaçmazda bir ailənin 4 üzvünü it dişlədi

Xaçmazda 4 nəfər küçədə itlərin hücumuna məruz qalıb.

Metbuat.az xəbər verir ki, TƏBİB-in tabeliyindəki Xaçmaz Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, Xaçmaz rayon Qaraçay-Cek kənd sakinlərinin küçə itlərinin hücumuna məruz qalması nəticəsində 4 nəfər (3-ü qadın, 1-i kişi) xəsarət alıb. Həmin şəxslər TƏBİB-in tabeliyindəki Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım bölməsinə təxliyə edilib.

Onlara dərhal zəruri tibb yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulub. Həmin şəxslər ambulator müalicə üçün evə buraxılıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR