Cəliləbadda 14 yaşlı oğlan itkin düşdü - AXTARILIR

Cəliləbadda 14 yaşlı məktəbli itkin düşüb.

Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, Cəlilabad rayon Suluçeşmə kənd sakini, 2009-cu il təvəllüdlü Pünhan Ceyhun oğlu Quliyev mayın 30-da yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. Evdən çıxarkən əynində ağ köynək, əlində çanta olduğu bildirilir.

Onu görən şəxslərdən DİN-in 102 xidmətinə və ya ərazi üzrə polis orqanlarına məlumat vermələri xahiş olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı