"Ana" mahnısına görə toyda adam döyən Elgiz: "Aparıcılara pis baxıram"

Tanınmış aparıcı Elgiz Əkbər toylarda aparıcılıq etmədiyini açıqlayıb.

Metbuat.az Olay.az-a istinadən xəbər verir ki, bu barədə o, aparıcısı olduğu “Elgizlə izlə” verilişində danışıb. Bildirib ki, məclis idarə edən şəxslər səbrli və normal əsəb sisteminə malik olmalıdır:

“Mən toya getmirəm, mənlik deyil. Ona görə yox ki, mən toya gedən aparıcılara pis baxıram, pis münasibət bəsləyirəm. Xeyr. İnsanlar bir parça çörəyi qazanmalıdır. Sadəcə mən belə hesab edirəm ki, toy aparıcısı son dərəcə səbrli və təmkinli olmalıdır. Təzyiqlə bağlı əziyyət çəkməməlidir. Bir də görürsən ki, balaca nə isə oldusa, əsəbləşirəm. O dəqiqə təzyiqim qalxır”- deyə o bildirib.

Qeyd edək ki, bundan əvvəl Elgzi toyda adam döydüyünü açıqlamışdı. Səbəb isə aparıcıdan “Ana” mahnısının oxumasının tələb edilməsi olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı