Azərbaycanda daha 2 nəfər COVID-19-a yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 yeni yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Metbuat.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 831 861 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 821 548 nəfər müalicə olunaraq sağalıb, 10 277 nəfər vəfat edib, aktiv xəstə sayı 36 nəfərdir.

Ölkədə son sutka ərzində 646, hazırkı dövrədək isə 7 626 218 test aparılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı