Şagirdlərin elektron yerdəyişməsi sabah dayandırılacaq

İyunun 6-sı saat 18:00-dan etibarən 2022-2023-cü tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi dayandırılacaq.

Metbuat.az xəbər verir ki, Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, növbəti tədris ili üçün şagird yerdəyişmə sisteminin aktiv ediləcəyi tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Xatırladaq ki, şagirdlərin yerdəyişməsi prosesi http://www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR