Türkiyə Milli Kəşfiyyat İdarəsinə təyinatı gözlənilən Kalın kimdir? - DOSYE

Türkiyədəki seçkilərdən sonra formalaşan yeni nazirlər kabineti diqqət mərkəzindədir.

Nazir postlarındakı dəyişikliklərdən sonra diqqətçəkən məqamlardan biri də 9 il Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın sözçüsü olan İbrahim Kalının vəzifəsindən getməsi oldu. Türkiyə mətbuatı yazır ki, İbrahim Kalın Türkiyə Milli Kəşfiyyat İdarəsinə rəhbər təyin ediləcək.

Metbuat.az İbrahim Kalının dosyesini təqdim edir:

İbrahim Kalın 1971-ci ildə İstanbulda ərzurum- ispirli bir ailənin övladı olaraq dünyaya gəlib. O, 1992-ci ildə İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin Tarix bölməsində bakalavr təhsilini tamalayıb. Malayziyada İslam düşüncəsi və fəlsəfəsi üzrə magistr təhsilini başa vurub. Kalın 2002-ci ildə Corc Vaşinqton Universitetində “Molla Sədranın Bilik Nəzəriyyəsi və Anti-Subyektivist Epistemologiyanın Mümkünlüyü” adlı dissertasiya işi ilə humanitar elmlər və müqayisəli fəlsəfə üzrə doktorluq, 2020-ci ildə isə professorluq adını qazanıb.

Kalın müsahibələrindən birində bildirib ki, onun əsas hədəfi akademik kimi fəaliyyət göstərmək olub. Siyasətə marağı isə oxudğu kitablardan sonra yaranıb.

İbrahim Kalın kimdir? Eski Cumhurbaşkanlığı Sözcüsü İbrahim Kalın kaç  yaşında, nereli, hangi görevlerde bulundu? - Fotohaber - Yaşam

Kalının siyasətə gəlişi, 2009-cu ilə təsadüf edir. O, 2009-cu ildə o, baş nazirin xarici siyasətə cavabdeh olan baş müşaviri vəzifəsinə təyin edilib. 2010-cu ilin yanvarında yaradılan Baş Nazirlik İctimai Diplomatiya Koordinatorunun ilk koordinatoru olub. 2012-ci ildə isə Baş nazirin müşaviri vəzifəsini icra edib. Rəcəb Tayyib Ərdoğan prezident olduqdan sonra baş katibinin müavini vəzifəsinə təyin edilib. 2014-cü ildə isə Ərdoğana sözçü təyin edilib. 2018-ci ildən Prezident yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının sədr müavini və prezidentin baş müşaviri vəzifələrində də çalışıb.

Ailəlidir, 3 övladı var.

Kalının MİT-ə rəhbər təyin edilməsi hələ təsdiqlənməsə də, medianın ortaya atdığı iddiadan sonra onu n tviterdə profiul fotosunu dəyişməsi də iddiaları gücləndirib.


Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı