Magistral Qaz Kəmərində təmir-bərpa və yenidənqurma işləri aparılacaq, 3 rayonun qaz təchizatında fasilə yaranacaq.
Metbuat.az xəbərb verir ki, "Azəriqaz" İB-nin mətbuat xidmətindən verilən məlumata görə, 2023-cü ilin payız-qış mövsümündə Gürcüstan Respublikasına təbii qazın fasiləsiz ixrac edilməsi, qaz nəql sisteminin dayanıqlı və təhlükəsiz istismarını təmin etmək məqsədilə “Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” yüksək təzyiqli qaz kəmərində təmir-bərpa və yenidənqurma işləri aparılacaq. 06.06.2023-cü il tarixində saat 14:00-dan etibarən 08.06.2023-cü il tarixində işlər başa çatanadək “Qarasu” və “Muğan” QPS-lərdən, həmçinin “Gilan Seramik” MMC qaz ölçü qovşağından qaz təchizatı dayandırılacaq.
İyun ayının 6-dan 8-nə kimi təmir işləri aparılan müddətdə Sabirabad və Hacıqabul rayonlarının bir hissəsinin, Ağsu rayonunun isə Padarqışlaq kəndinin qaz təchizatında fasilə yaranacaq.