Yol kənarında silah-sursat aşkarlandı - FOTO

Şabranda yol kənarında silah-sursat aşkarlanıb.

Mətbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, Şabran Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayonun Əmirxanlı kənd yolunun kənarında 1 ədəd "Makarov" markalı tapança, 1 ədəd sandıq və 9 ədəd həmin silaha məxsus patron aşkarlanaraq götürülüb.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı