"Gördüm ki, qulağım yoxdur" - VİDEO

Xəbər verdiyimiz kimi, Astaranın Pəlikeş kəndində eşşək vətəndaşa hücum edib.

Metbuat.az xəbər verir ki, 41 yaşlı Vəliyulla Əliabbasov hadisə anından danışarkən qeyd edib ki, o, yoldan keçən zaman hadisə baş verib:

"20 metr aralıda eşşək vardı. Yoldan keçəndə mənə hücum çəkdi. Boğazımdan tutdu, yıxdı yerə, bir də baxdım ki, qulağım yoxdur. Ondan sonra canımı qurtara bildim. Bundan öncə də eşşəyin sahibinə bildirmişdik bu barədə. Hətta bir dəfə onun uşağına hücum çəkmişdi. Anası uşağı qurtara bilmişdi. Ola bilər ki, o, quduzdur. Ona görə də insanlara hücum edir".



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı