Xalq artisti ilə jurnalist arasındakı məhkəmənin qalibi bəlli oldu - VİDEO

Xalq artisti Flora Kərimova və jurnalist Ülviyyə Alovlu arasındakı məhkəmə prosesi sona çatıb.

Metbuat.az axsam.az-a istinadən xəbər verir ki, bu barədə jurnalist sosial şəbəkədə məlumat yayıb. O, sənətçinin qaldırdığı vəsatətin əsassız olduğunu bildirib:

"Binəqədi Rayon Məhkəməsindən gəlirəm. Bilirsiniz ki, Xalq artisti Flora Kərimova xüsusi ittiham qaydasında məhkəməyə şikayət etmişdi. Bildirmişdi ki, guya mən cinayət işləmişəm. Əvvəldən yalnış müraciət ilə gəlmişdi. Beş ilə yaxın idi ki, məhkəmə işi qanunsuz olaraq davam edirdi. Bu gün nəhayət ki, məhkəmə işinə son qoyuldu. Flora Kərimova kifayət qədər bu mövzu ilə bağlı vəsatət qaldırmışdı. Sonuncu iclas oldu və qalib gəldim. Ona görə ki, tamamilə əsassız iddia və vaxtı keçmiş məsələ idi".

Qeyd edək ki, F.Kərimovanın təhqir və böhtanlardan şikayətinə əsasən, Ü.Alovlu qarşı xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147 və 148 maddələri ilə cinayət işi başlanılmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı