Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı artıb

Bu il iyunun 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 3,7 % çox - 738,4 min olub.

Metbuat.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, yanvar-nay aylarında aktiv ƏDV ödəyicilərinin sayı isə 6,6 % artaraq 42,6 min təşkil edib.

5 ay ərzində aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə 3,4 % artaraq 195,7 minə çatıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı