Futbolçulara milyonlar verən ərəb klubundan Ramosa "gülməli" təklif

“Real Madrid”in əfsanəvi kapitanı, keçmiş komanda yoldaşları Kriştiano Ronaldo və Kərim Benzema kimi Səudiyyə Ərəbistanına transfer ola bilər.

Metbuat.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat verib. Bildirilir ki, “Al-Ahli” komandası PSJ-dən ayrılan Serxio Ramosa ildə 20 milyon dollar təklif edib. Ramosun keçmiş komanda yoldaşları Ronaldo və Benzemadan fərqli olaraq qat-qat az maaş təklifi alması təəccüb doğurub. Futbolçunun təklifə necə cavab verdiyi barədə məlumat verilmir. Qeyd edilir ki, mövsümün fasiləsində Ramosa “Əl-Nəsr” klubundan cəlbedici təklif gəlsə də, futbolçu Çempionlar Liqasınının qalibi ola biləcəyini nəzərə alaraq təklifi rədd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR