"Səbail" daha bir legioneri ilə vidalaşdı

"Səbail" klubu daha bir futbolçusu ilə vidalaşıb.

Metbuat.az xəbər verir ki, klub Maksim Çex ilə yollarını ayırmaq barədə qərar qəbul edib.

Ukraynanın "Şaxtyor" (Donetsk) komandasına məxsus olan oyunçu ilə mövsümün sonunda başa çatan icarə müqaviləsinin müddəti yenilənməyib.

Qeyd edək ki, "Səbail" daha əvvəl Turan Manafov, Nihad Qurbanlı, Mirabdulla Abbasov, Emil Martinov, Ruslan Hacıyev, Petro Stasyuk, Franko Mazurek, Luvaqa Kizito, Qustavo de Fransa və Qoba Zakpa ilə də yollarını ayırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı