“Qayınatam evlənməyimə icazə verib” - “Toppuş bacı”nın həyat yoldaşı

“Mayın 30-u idi, gecə dedi ki, gedək, bir az dəniz havası alaq. Sual verdi ki, Röyal, hər gün gələ bilərik buraya? Cavab verdim ki, əlbəttə. Uşaq kimi elə sevindi ki. Onun bu gülüşünü dərhal çəkmək istədim. Mənə baxıb güldü. Bəli, bu nur üzlü xanım həyat yoldaşımdır və mən şanslı kişiyəm ki, bu cür namuslu, islamı, insanları sevən bir xanımla ailə qurmuşam”.

Metbuat.az xəbər verir ki, bu sözləri mərhum Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal aktrisaya məxsus sosial media hesabında yazıb.

O bildirib ki, qayınatası onun yenidən evlənməsinə razılıq versə də, o belə bir niyyətdə deyil:

“Dedim ki, evliyəm, ailəm var, sadəcə, dünyasını dəyişib. Nur üzlü yarım, övladımın anası, axirətdə görüşənədək. Sadəcə, səbir edəcəyəm”.

Qeyd edək ki, Tünzalə Əliyeva uzun sürən xərçəng xəstəliyindən 49 yaşında dünyasını dəyişib. Cütlüyün Zəhra adında bir qız övladı var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı