Məşhur ABŞ yazıçısı vəfat edib

Dünyaca məşhur ABŞ yazıçısı Kormak Makkarti vəfat edib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə onun oğlu məlumat yayıb. 89 yaşlı yazıçı təbii səbəblərdən dünyasını dəyişib.

Qeyd edək ki, Makkarti "Yol" romanına görə Plutser mükafatını qazanmışdı. Həmçinin məşhur "No Country for Old Men" ("Qocalara burda yer yoxdur") filmi onun eyni adlı romanı əsasında çəkilmişdi.

Onun romanları 48 ölkədə çap olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR