Putinin Azərbaycana səfir təyin etdiyi Mixail kimdir?- DOSYE

Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putinin qərarı ilə Mixail Yevdakimov Azərbaycanda səfir təyin edilib. O, bu vəzifədə Mixail Borçarnikovu əvəz edib.

Metbuat.az xəbər verir ki, Putinin qərarı ilə səfir vəzifəsinə gələn Mixail Yevdakimov təyin olunub. Yeni səfir 1981-ci ildə SSRİ Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib.

1981-ci ildən Xarici İşlər Nazirliyinin mərkəzi aparatında və xaricdə müxtəlif diplomatik vəzifələrdə çalışıb. 1996-1997-ci illərdə İqtisadi Əməkdaşlıq şöbəsinin müdiri, 1997-2001-ci illərdə Rusiyanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin baş məsləhətçisi vəzifəsini icra edib.

2001-2002-ci illərdə Avropa Əməkdaşlıq Departamentinin şöbə müdiri vəzifəsini tutub. 2002-2011-ci illərdə Avropa Əməkdaşlıq Departamentinin direktor müavini təyin edilib.

2011-ci ilin may-noyabr aylarında MDB ölkələri üzrə birinci departamentin direktor müavini, 2011-ci ilin noyabrdan MDB ölkələrinin Birinci Departamentinin direktoru vəzifəsini daşıyıb.

İngilis və Fransız dillərini bilir. Ailəlidir, bir oğlu var.

Qeyd edək ki, Mixail Boçarnikov 2018-ci ildən Rusiyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsini icra edib.

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı