Fransa Prezidenti Emmanuel Makron PSJ-nin futbolçusu Kilian Mbappeni klubda saxlamaq üçün addım atmağa hazır olduğunu bildirib.
Metbuat.az xəbər verir ki, bu barədə “RMC Sport” məlumat verib. “RMC Sport” məsələ barədə Makrona sual ünvanlayıb. Makron isə "Sona qədər bunun üçün çalışacağam, lazım gələrsə, onu məcbur edəcəyəm” deyə cavab verib.
Qeyd edək ki, “Real Madrid”in Mbappe transferi üçün 200 milyon avro ayırdığı barədə məlumat dərc edilib. Bildirilir ki, Mbappenin müqaviləsi gələn mövsümün sonunda başa çatacağı üçün o klubdan azad agent kimi ayrıla bilər. PSJ buna görə, futbolçunu indi sataraq gəlir əldə etmək istəyir. Mabppe PSJ-də xoşbəxt olduğunu bildirsə də, müqaviləsini yeniləməyib. Mbappe bir il əvvəl "Real"a transfer olmaq istəsə də, Emmanuel Makron Mbappe ilə danışmış və onu Parisdə qalmağa inandırmışdı.