Xəbər verdiyimiz kimi, 15 iyun 2023-cü il tarixdə saat 08:45-də Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb.
Metbuat.az Caliber-ə istinadən Laçın sərhəd-buraxılış məntəqəsində hərbçilərimizə atəş açılma görüntülərini təqdim edir.