Azərbaycanda rütbə verilən məşhurlar - SİYAHI

Azərbaycanda elə tanınmış şəxslər var ki, həm də rütbə daşıyırlar.

Metbuat.az onlardan bəzilərini təqdim edir:

Tanınmış müğənni Elnarə Xəlilova Dövlət Sərhəd Xidmətində kapitan rütbəsi daşıyr və DSX-nin Nümunəvi Hərbi Orkestrinin solistidir.

Elnarə Xəlilova DSX-də bu qədər maaş alır -

Kikboksinq üzrə dünya və Avropa çempionu Eduard Məmmədov Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisidir.

eduard-memmedova-din-de-yeni-vezife-verildi

Xalq artisti Azərin Azərbaycan Silahlı Qüvvələrinin kapitanıdır.

Azərin: “Ərdoğan mənə demişdi ki, Azərbaycan bayrağını Qarabağdan asacağıq”  - VİDEO - Oxu.az

Yunan-roma güləşçisi, dünya çempionu Rəsul Çunayev Dövlət Sərhəd Xidmətinin zabitidir. 2015-ci ildə Çunayevə leytenant rütbəsi verilib.

Bakı-2015”in qızıl medalçısına leytenant rütbəsi verildi- — Video

2008-ci il Pekin Olimpiya Oyunlarının qalibi Elnur Məmmədli sabiq daxili işlər naziri Ramil Usubov tərəfindən polis baş leytenantı rütbəsini alıb. O həmçinin Azərbaycan Cüdo Federasiyasının vitse-prezidentidir.

AZƏRTAC

Azərbaycanın tanınmış karateçisi, 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayev ötən il Dövlət Gömrük Komitəsinin Baş Gömrük Mühafizə Xidmətində Döyüş və fiziki hazırlığın təşkili şöbəsinin rəisi təyin edilib. Ona mayor rütbəsi də verilib.

Rafael Ağayevə yeni vəzifə və rütbə verildi

2021-ci ildə tanınmış cüdoçu Rüstəm Orucova Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən "Baş Leytenant" hərbi rütbəsi verilib.

Rüstəm Orucovun rütbəsi qaldırıldı

Karateçi Fəridə Abıyevaya Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevin müvafiq əmri ilə kapitan rütbəsi verilib.

Fəridə Abiyeva "Bakı-2017”də birinci oldu

Azərbaycanın üçqat dünya və üçqat Avropa çempionu olan sərbəst güləşçisi Hacı Əliyevə ötən il vaxtından əvvəl Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev tərəfindən kapitan rütbəsi verilib.

Hacı Əliyev baş leytenant rütbəsi almasından danışdı

1996-cı ildə Atlantada keçirilən Yay Olimpiya Oyunları olimpiadasının gümüş, 2000-ci ildə Sidneydə keçirilən Yay Olimpiya Oyunlarının qızıl mükafatçısı Namiq Abdullayev DİN Daxili Qoşunlar Baş İdarəsində İdman komandasının rəisi vəzifəsini tutur. Polis polkovnik-leytenantıdır.

Namiq Abdullayev istefa verdi


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı