Futbolda yeni dönəm - Bu halda oyun dərhal dayandırılacaq

"Real Madrid"in ulduzu Vinisius Junior FİFA-nın nəzdində qurulan irqçiliklə mübarizə komitəsinə rəhbərlik edəcək.

Metbuat.az xəbər verir ki, bu barədə FİFA prezidenti Canni İnfantino açıqlama verib. O bildirib ki, idman cəzaları daha da sərtləşdirəcək və FİFA cinayət sanksiyalarının daha yaxşı tətbiq edilməsi üçün müxtəlif ölkələrin prokurorları ilə işləyir:

"Artıq içində irqçilik olan futbol olmayacaq. Belə bir vəziyyət yarandıqda, matçlar dərhal dayandırılmalıdır. Biz buna çox ciddi yanaşırıq. Futbolda irqçilik probleminə birdəfəlik son qoymaq üçün çox sərt və güclü cəzalar tətbiq edəcəyik. FİFA prezidenti kimi bu barədə Vinisiusla şəxsən danışmağa ehtiyac duyuram".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı