İdmançılarımız üçün vahid formalar təqdim olundu - FOTO

2023-cü il üçün Azərbaycan milli komandalarının vahid idman geyim formasının təqdimatı keçirilib.

Metbuat.az-ın məlumatına görə, mərasim Milli Gimnastika Arenasında baş tutub.

Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov bildirib ki, idmançılarımızın həmişə vahid formada çıxış etməsini istəmişik. Bu arzu isə bir sıra brend şirkətlərə danışıqlardan sonra reallaşıb: "Geyimlər üçün bir sıra şirkətlərlə danışıq aparsaq da, müsbət cavab ala bilmədik. Formanın hazırlanması 1 ildən çox vaxt aparıb. İdmançılarımız fəxr edə bilərlər ki, milli brendimizlə beynəlxalq arenalara çıxacaqlar".Nazir qeyd edib ki, yeni forma ilk dəfə Polşada keçiriləcək III Avropa Oyunlarında istifadə olunacaq.

Vahid idman geyimləri yerli modelyer Mənzər Hacıyevaya etibar edilib. Onun sözlərinə görə, formalar bir sıra yerli və xarici idmançılarla söhbətlərə əsasən hazırlanıb. Formalarda milli atributlardan istifadə olunub.

İdmançılarımız üçün vahid formalar təqdim olundu-FOTO İdmançılarımız üçün vahid formalar təqdim olundu-FOTO İdmançılarımız üçün vahid formalar təqdim olundu-FOTO İdmançılarımız üçün vahid formalar təqdim olundu-FOTO


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı