NATO Ukraynadakı müharibəyə rəsmən müdaxilə edə bilər - Amerikalı polkovnik: "

NATO Ukraynadakı müharibəyə rəsmən müdaxilə edə bilər.

Metbuat.az xəbər verir ki, bunu Pentaqon rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor “Judging Freedom” YouTube kanalında bildirib.

Onun sözlərinə görə, NATO Ukrayna Silahlı Qüvvələrinin məğlubiyyətə uğrayacağı təqdirdə Kiyev hakimiyyətini xilas etmək üçün müharibəyə rəsmi şəkildə müdaxilə edə bilər.

O, Qərbin Rusiya ilə qarşıdurmada məğlubiyyəti etiraf etmək istəmədiyi fikrini də açıqlayıb.

"Buna görə də Birləşmiş Ştatlar müharibənin daha da genişlənməsinə gedə bilər", - Makqreqor qeyd edib.

Makqreqor etiraf edib ki, Avropa ölkəsinin liderləri də ABŞ-a qoşularaq birlikdə Rusiya ilə birbaşa toqquşma barədə qərar verəcəklər. Polkovnik Kiyevə F-16 qırıcılarının mümkün tədarükünü da bu məsələdə istisna etməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı