“Kəpəz” ilk transferini açıqladı

“Kəpəz” yay fasiləsində ilk transferini reallaşdırıb.

Metbuat.az xəbər verir ki, klubun mətbuat xidmətindən verilən məlumata görə, Gəncə təmsilçisi Vurğun Hüseynovu heyətinə cəlb edib.

Mövsüm başa çatdıqdan sonra “Sumqayıt”la yollarını ayıran 35 yaşlı mərkəz müdafiəçisi yeni komandası ilə birillik müqaviləyə qol çəkib. Hüseynov ötən mövsüm Premyer Liqada meydana çıxdığı 25 oyunda 1 qola imza atıb.

Qeyd edək ki, Vurğun Hüseynov bir neçə gün əvvəl karyerasını bitirdiyini açıqlamışdı. O, 2013-2023-cü illərdə “Sumqayıt”ın formasını geyinib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı