Mübariz Mənsimovun atasının dəfn yeri MƏLUM OLDU

Xəbər verdiyimiz kimi, Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimovun atası Qurban Mənsimov 86 yaşında vəfat edib.

Metbuat.az xəbər verir ki, Qurban Mənsimovun vəsiyyətinə əsasən o, sabah Bakı şəhərində qızı Nüşabənin yanında dəfn ediləcək.

Qeyd edək ki, 15 fevral 1937-ci ildə Azərbaycanın Masallı rayonunun Miyanku kəndində anadan olan Qurban Mənsimov uzun Bakı limanında fəhlə işləyib və göstərdiyi nəticələrə görə, keçmiş SSRİ dövründə bir çox yüksək orden və medallara layiq görülüb. Qurban Mənsimov 9 uşaq atası idi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı