Bakıda çay evinin sahibi müştərilərini bıçaqladı

Bakıda çay evinin icarədarı müştərilərini bıçaqlayıb.

Metbuat.az xəbər verir ki, hadisə paytaxtın Cavadxan küçəsində yerləşən “Naxış” çay evində qeydə alınıb.

Belə ki, çay evinin icarədarı Hüseyn Baratovla həmin obyektə müştəri qismində gələn Cavid Quliyev və Kamil Ağayevlə aralarında mübahisə yaranıb. Mübahisə zamanı o, üzərində gəzdirdiyi bıçaqla hər iki şəxsə xəsarəti yetirib.

Faktla əlaqədar cinayət işi başlanılaraq istintaq aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı