​​​​​​​“Neftçi” baş məşqçisi ilə yollarını ayırdı

“Neftçi” baş məşqçisi Laurentsiu Regekampfla yollarını ayırıb.

Metbuat.az xəbər verir ki, klubun mətbuat xidmətindən verilən məlumata görə, Müşahidə Şurasının qərarı ilə rumıniyalı mütəxəssislə, eyni zamanda, onun köməkçiləri Viorel Dinu, Nikolay Qriqori, fiziki hazırlıq üzrə məşqçi Boqdan-Kornel Merişanu və qapıçılar üzrə məşqçi Florin Tene ilə müqavilələrə qarşılıqlı razılaşma əsasında xitam verilib.

2022-ci ilin iyunundan “Neftçi”ni çalışdıran Laurentsiu Regekampf geridə qalan mövsüm “ağ-qaralar”la Premyer Liqanın bürünc medallarını qazanıb, Azərbaycan Kubokunun finalçısı olub. “Neftçi” onun rəhbərliyi altında 45 oyunda keçirib. Bunun 24-də qələbə qazanan bakılılar 8 dəfə heç-heçə edib, 13 görüşdə isə məğlub olub.

Qeyd edək ki, “Neftçi”nin yeni baş məşqçisinin türkiyəli Sergen Yalçının olması gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı