Söyüdlü kənd sakinlərinin sağlamlığı və müraciətləri araşdırılacaq

Gədəbəy rayonunun Söyüdlü kənd sakinlərinin sağlamlığı və müraciətləri araşdırılacaq.

Metbuat.az xəbər verir ki, Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılan Komissiyaya tapşırıq verilib.

Komissiyaya sakinlərin sağlamlığının və ətraf mühitin qorunması sahəsində vətəndaşların müraciətlərinin araşdırılmasını, Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılmasını və mövcud vəziyyətin qiymətləndirilməsini təmin etmək tapşırılıb.

Qeyd edək ki, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Komissiyanın sədri təyin edilib. Komissiyanın tərkibinə səhiyyə nazirinin müavini, fövqəladə hallar nazirinin müavini, kənd təsərrüfatı nazirinin müavini, Nazirlər Kabineti Aparatının Sənaye və energetika şöbəsinin müdiri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi və Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı daxildir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı