Azərbaycanda könüllü tibbi sığorta üzrə zərərlilik 11% azalıb

2023-cü ilin yanvar-may ayları ərzində Azərbaycanda könüllü tibbi sığorta üzrə yığımların həcmi 78 milyon 222 min manat təşkil edib.

Metbuat.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.2% və ya 2 milyon 418 min manat çoxdur. 2022-ci ilin yanvar-may ayları ərzində könüllü tibbi sığorta üzrə toplanan sığorta haqqlarının həcmi 75 milyon 804 min manat idi.

Hesabat dövründə könüllü tibbi sığorta üzrə ödənişlərin həcmi 28 milyon 923 min manat olub ki, bu da əvvəlki dövrlə müqayisədə 8% və ya 2 milyon 513.6 min manat azdır. Ötən ilin müvafiq dövründə bu sığorta növü üzrə ödənişlərin həcmi 31 milyon 436.6 min manat təşkil edib.

Qeyd edək ki, cari ilin ilk 5 ayı ərzində könüllü tibbi sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqından 37 manat sığorta ödənişi edilib. Bu rəqəm 2022-ci ilin ilk 5 ayı ərzində 41.5 manata bərabər olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı