“Fənərbaxça”nın gənc ulduzu Arda Güləri transfer etmək üçün “Real Madrid” və “Barselona” hərəkətə keçib.
Metbuat.az xəbər verir ki, bu barədə “Marca” qəzeti məlumat verib. Bildirilir ki, 18 yaşlı futbolçunu transfer etmək üçün “Real Madrid” rəsmən işlərə başlayıb. "Sport"un xəbərinə görə, "Barselona" da Arda Güləri heyətinə qatmaq üçün danışıqlara başlayıb. Məlumata görə, "Barselona"nın yeni idman direktoru Deko, Arda Gülərin komandada fərq yarada biləcək futbolçu olduğunu hesab edir. O hesab edir ki, Ardanın 17,5 milyon avroluq sərbəstqalma məbləği ödənilməlidir.
Baş məşqçi Xavi Hernandez də Arda Gülərin transferini təsdiqləyib və 18 yaşlı ulduzu gələn il komandasında görmək istəyir.Xəbərdə bildirilir ki, “Fənərbağça”da əla mövsüm keçirən Arda Gülər növbəti mövsüm ölkə xaricində çıxış etməyi planlaşdırır.