Feysbuk paylaşımlara görə saytlara pul ödəyəcək

Kanada Senatı “Google” və “Meta” ilə bağlı maraqlı qərar qəbul edib.

Metbuat.az xəbər verir ki, qərarə əsasən “Google” və “Meta” platformalarında paylaşdıqları xəbərlər üçün media qurumlarına pul ödəmək məcburiyyətində qalacaq. Qanun layihəsi Senatdan dəstək alıb. Sənəd kralın imzasından sonra qüvvəyə minəcək. “Meta” sözügedən qanuna əməl edəcəklərini bildirib.

Qeyd edək ki, məsələ Kanadada müzakirələrə səbəb olmuşdu. Bu qərardan sonra digər ölkələrin oxşar qərar qəbul edib-etməyəcəyi müzakirə olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı