Burak Yılmaz türk nəhənginin məşqçisi olur

Türkiyəli futbolçu Burak Yılmaz məşqçilik karyerasına başlayır.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, Burak Yılmaz “Beşiktaş” klubunda çalışacaq. “BeIN Sports”un xəbərinə görə, Burak Yılmaz “Beşiktaş”da texniki heyətə qoşulacaq. Məlumata görə, o, baş məşqçi Şenol Günəşin köməkçisi olacaq.

Qeyd edək ki, karyerası ərzində "Beşiktaş"ın heyətində 96 rəsmi matça çıxan Burak Yılmaz bu matçlarda 32 qol vurub, 12 məhsuldar ötürmə edib. Onun son klubu Hollandiyanın “Fortuna Sittard” klubu olub. Burak Yılmaz klub rəhbərliyi ilə fikir ayrılığından sonra klubu tərk edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR