Rusiya MN Priqojinin iddialarını təkzib etdi

Rusiya Müdafiə Nazirliyi ilə Ukraynada vuruşan "Vaqner" özəl hərbi şirkəti arasında böhran dərinləşməkdə davam edir.

Metbuat.az xəbər verir ki, "Vaqner"in rəhbəri - iş adamı Yevgeni Priqojin Müdafiə Nazirliyini silahlı qurupun düşərgələrinə zərbə endirməkdə günahlandırıb.O, bunun qisasını alacağına söz verib. Priqojin iddia edir ki, Rusiya Müdafiə Nazirliyi onun muzdlu düşərgələrinə raket hücumu həyata keçirib. Rusiya Müdafiə Nazirliyi Priqojinin bəyanatına cavab verib.

Bildirilib ki, Priqojin adından sosial şəbəkələrdə Rusiya Müdafiə Nazirliyinin "Vaqner" özəl hərbi şirkətinin arxa cəbhədəki düşərgələrinə guya zərbə endirməsi ilə bağlı yayılan məlumatlar və videogörüntülər həqiqətə uyğun deyil və təxribatdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı