​Rusiyadakı hadisələr ölkənin daxili işidir - Çin

Rusiyadakı hadisələr ölkənin daxili işidir.

Metbuat.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyi belə açıqlama verib. Açıqlamada deyilir:

"Bu, Rusiyanın daxili işidir. Çin, yeni dövrdə Rusiyanın dost qonşusu və hərtərəfli strateji koordinasiya tərəfdaşı olaraq, onun milli sabitliyini, inkişafını və rifahını dəstəkləyir".

Qeyd edək ki, Çin tərəfi bu barədə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenkonun Çinə planlaşdırılmamış səfəri ilə bağlı təmaslarından sonra açıqlama verib. Rudenko xarici işlər naziri Çin Qanq və nazir müavini Ma Caosu ilə görüşüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı