Ermənilərin azərbaycanlılara qarşı törətdiyi cinayət hadisələrindən bəhs edən SƏNƏDLİ FİLM

Dövlət Təhlükəsizliyi Xidməti ilə Azərbaycan Televiziyasının birgə layihəsi olan "Konfidensial"ın növbəti buraxılışını iyulun 3-də təqdim edəcək.

Metbuat.az xəbər verir ki, 3 iyul 1967-ci ildə Xankəndidə 3 azərbaycanlının öldürülüb-yandırılması vəhşiliyinin 56-cı ili tamam olur. AzTV və DTX-nin birgə layihəsi olan “Konfidensial” sənədli silsiləsinin növbəti filmi məhz bu hadisələrə həsr olunur.

İşin istintaqını Azərbaycan SSR DTK-nın sədri Heydər Əliyev şəxsi nəzarətinə götürür. 15 gün Xankəndidə qalaraq, komissiyanın işinə rəhbərlik edir.

“KONFİDENSİAL: Xankəndi-1967” sənədli filmində indiyədək ictimailəşməyən, DTX Arxiv idarəsində “məxfi” qrifi altında saxlanılan bir çox sənədə istinad olunacaq. 1960-70-ci illərdə ermənilərin milli zəmində azərbaycanlılara qarşı apardığı gizli fəaliyyəti audio-vizual sənədlərlə nümayiş etdiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı