Rusiya dağılarsa, dağıntılar altında qalacağıq, hamımız öləcəyik - Lukaşenko

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyadakı üsyana görə Belarus ordusuna əmr verib.

Metbuat.az xəbər verir ki, o orduya ayıq-sayıq olmaq barədə tapşırıq verdiyini ifadə edib. Lukaşenkonun sözlərinə görə, Rusiyadakı qiyam onu da narahat edib. Lukaşenko “Vaqner”lə apardığı danışıqların təfərrüatları barədə məlumat verməyib.

"Rusiyada hadisələr baş verəndə mən bütün əmrləri verdim ki, ordu tam döyüşə hazır olsun. Mənim fikrim budur ki, Rusiya dağılarsa, dağıntılar altında qalacağıq, hamımız öləcəyik” - Lukaşenko deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı