Paşinyandan yeni ETİRAFLAR - "Çevrilişə cəhd etdilər"

Ermənistan baş naziri Nikol Paşinyan 44 günlük müharibənin araşdırılması üzrə komissiyasında yenidən çıxış edib.

Metbuat.az xəbər verir ki, o, etiraf edib ki, 2020-ci ildə baş verən 44 günlük müharibədən yayınmaq olardı. Paşinyanın sözlərinə görə, bu, ermənilərin Qarabağla bağlı mövqeyini rədd etmək olardı.

Məğlubiyyətə görə, Ermənistan ordusunu günahlandıran baş nazir bildirib ki, müharibə vaxtı hərbi çevrilişə cəhd olub. Həmin vaxt yüksək rütbəli hərbçilərin fəaliyyətsizliyi məhz buna xidmət edib.

Paşinyan həmçinin qeyd edib ki, müharibə vaxtı bəzi silahların istifadə hüququ tam olaraq Ermənistana aid olmayıb. Bunun səbələrini isə qapalı iclasda açıqlyacağını bildirib.

Ermənistan baş naziri 44 günlük müharibə vaxtı ordusunun xeyli itiki verdiyi etiraf edib və bunun səbəblərini açıqlayıb: "Ordumuzun hərəkətlərində problem var idi. Bizim itkilərimizin böyük hissəsi məhz mövqe dəyişikliyi zamanı baş verirdi".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı