Balakəndə 17 yaşlı qız dərmandan zəhərlənib

Balakəndə 17 yaşlı qız dərmandan zəhərlənib.

Metbuat.az bildirir ki, rayonun Qazma kənd sakini, 2006-cı il təvəllüdlü Samirə Xəlilova zəhərlənmə əlamətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olub.

Müayinə zamanı gənc qızın yaşadığı ünvanda dərmandan zəhərləndiyi məlum olub. S. Xəlilovanın hansı şəraitdə zəhərlənməsi Balakən rayon prokurorluğu tərəfindən araşdırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı